Abedin Xorrəm:“Azərbaycan Respublikası ilə münaqişədən çəkinin” – FOTO
İranın Şərqi Azərbaycan vilayətinin başçısı Abedin Xorrəm iş adamları və özəl sektor nümayəndələri vasitəsilə İranla Azərbaycanın ortaq maraqlarının yaradılması və genişləndirilməsinin əhəmiyyətli olduğunu açıqlayıb.
A.Xorrəm bu barədə İranın Bakıdakı səfiri və Naxçıvandakı baş konsulu ilə videokonfrans vasitəsilə görüşü zamanı danışıb.
“Bizim keçmişdən bəri Azərbaycan Respublikası ilə çox yaxşı münasibətlərimiz var və bu əlaqələr hazırkı dövrdə hər iki tərəf üçün vacib və əhəmiyyətlidir”, – deyə o bildirib.
O, iki ölkənin sənət adamları, ziyalıları və şairləri arasında mədəni və dini əlaqələrə, mükəmməl ünsiyyətə toxunaraq bildirib:
“Tarixi və turizm potensialını tanıtmaq üçün medianın birgə əməkdaşlığı önəmli fürsət kimi istifadə etməli olduğumuz mövzulardan biridir. Eyni zamanda, biz regional və trans-regional düşmənlər tərəfindən planlaşdırılmış saxta media münaqişələrindən çəkinməliyik”.
Vali bildirib ki, Azərbaycan Respublikası ilə gərginliyə səbəb ola biləcək məsələlər media tərəfindən şişirdilməməlidir. O, iki ölkə arasında olan gərginliyin aradan qaldırılmasının mümkün olduğunu bildirib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP