KTMT-nin kollektiv qüvvələrinin ön bölmələri Rusiyadan Qazaxıstana göndərilib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib, hazırda kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsinə başlayıb.

Bu barədə jurnalistlərə cümə axşamı günü KTMT-nin katibliyində bildirilib.

“KTMT kollektiv təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına əsasən, Qazaxıstan Respublikasına vaxtla məhdudlaşdırılmış müddətə vəziyyətin sabitləşməsi və normallaşması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri göndərilib” – katibliyin məlumatında belə deyilir.

Məlumata əsasən, sülhməramlılar kontingentin Rusiya hissəsinin ön bölmələri artıq qarşıya qoyulmuş vəzifələrin icrasına başlayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP