Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva şahmat festivalında növbəti qələbəsini qazanıb
İtaliyada şahmat festivalı davam edir.
Yarışın güclü A turnirində çıxış edən Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva beşinci turda qələbə qazanıb. Aktivindəki xalların sayını 3,5-ə çatdıran təmsilçimiz bu nəticə ilə 12-28-ci yerləri bölüşür. Digər şahmatçımız Gövhər Beydullayeva isə komanda yoldaşından fərqli olaraq turun qarşılaşmasını məğlub başa vurub. G.Beydullayeva 2,5 xalla 57-ci pillədədir.
A turnirində 30-u qrosmeyster olmaqla, 124 şahmatçı mübarizə aparır.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP