Bakıda 2 yaşlı uşaq evdən oğurlandı
Bakıda azyaşlı oğurlanıb.
Hadisə dekabrın 29-da paytaxtın Sabunçu rayonu Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum qadın qəsəbə ərazisindəki evlərin birindən 2 yaşlı Məhəmmədi qaçırıb.
Bu barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar instensiv əməliyyat-axtarış tədbirləri keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP