Ölmüş müğənni Aygün cəhənnəmdə gördüklərini “Tərəfsiz”-ə danışdı – ŞOK VİDEO

Bir neşə ay öncə sosial şəbəkələrdə Nizami rayonunda yerləşən otellərin birində müğənni Aygün Mirzəyevanın qətli ilə bağlı videogörüntülü xəbərlər yayılmışdı. Otel otağındakı kamera vasitəsilə lentə alındığı iddia olunan kadrlarda bir şəxsim bıçaqla hücum edərək qadını öldürməsi əks olunmuşdu.

Cinayət hadisəsi barədə Nizami Rayon Prokurorluğu açıqlama yayılaraq, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işinin başlandığıni, şübhəli şəxs qismində Əli Məmmədovun tutularaq istintaqa cəlb edildiyini bildirilmişdi.

Lakin o ərəfədə prokurorluğun açıqlamasına məhəl qoyulmadı. Ölkə mətbuatı istintaqı davam edən cinayət hadisəninin qurbanı Aygün Mirzəyevanın səhhəti və hadisənin real motivlərini araşdırmadan, həqiqəti əks etdirməyən görüntülərin üzərindən dezinformasiya xəbər başlıqlarını tirajlamağa davam etmişdi. Əslində isə, hadisənin əsas mahiyyətinə varmadan, sanki yarışırmışlar kimi, müxtəlif başlıqlarla müğənnini ölmüş kimi qələmə verib o dünyaya göndərmişdilər.

“Space TV”-də cəmiyyəti narahat edən sosial problemlərin və aktual hadisələrin müzakirə olunduğu “TərəfSiiz” tok-şousunda müğənni başına gələn hadisəni ətraflı danışib. Hadisə ilə bağlı müzakirələr tok-şounun bü gün saat 16:00-da  yayımlanacaq efirində daha ətraflı  davam etdiriləcək. 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP