“Azaqrotreyd” müəssisəsi təhlükəsizlik qaydalarını pozur

Bu yaxınlarda, daha dəqiq,  oktyabrın 12-də “Azaqrotreyd” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ATSC) ərazisində yanğın hadisəsi baş vermişdi. Yanğın zamanı müəssisənin ərazisindəki binalardan biri tamamilə yanaraq, məhv olub. Xoşbəxtlikdən orada çalışan işçilər arasında itki olmayıb. Lakin yanğının fəsadı olan və ətrafa yayılan tüstüdən nəfəs almaq mümkün deyildi.

Ümumiyyətlə yanğınlar və ya hər hansı bir fövqəladə fəlakət səbəbsiz yerə olmur. İlk olaraq, təhlükəsizlik qaydalarının nə səviyyədə olduğu önə çəkilir ki, bunu “Azaqrotreyd” müəssisəsi haqqında demək çox çətindir. Bu müəssisədə təhlükəsizlik sözünün nə adı var, nə də özü.  Tamamilə yox dərəcəsindədir. Obyektin ərazisində  yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Ərazi uzun müddətdir müxtəlif tullantı materialları və zibillə doludur. Ərazidə uzaq keçmişdən  qalan su hovuzu bomboşdur, elektrik naqilləri istənilən formada, yəni bina və qurğuların divarları ilə necə gəldi  aparılıb, bəzi yerlərdə isə, sallanaraq yerə toxunur. Hər an yanğınla nəticələnən bədbəxt hadisə baş verə bilər.

İnanırıq ki, yuxarıda sadaladıqlarımız təhlükəli hallara qarşı mübarizə aparmalı olan əlaqədar təşkilatlar mütləq şəkildə hərəkətə keçəcək və belə müəssisələrin rəhbərliyinə qarşı qanun çərçivəsində tələblər irəli sürəcəklər.

Qeyd edək ki, müəssisə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

Нет описания.

Нет описания.