Metroda PROBLEM yarandı
“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.
Bu səbəbdən də “Ulduz” stansiyasında sərnişinlər düşürdülüb.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov hadisə ilə bağlı bildirib ki, qatar texniki baxış üçün “Neftçilər” stansiyasında dalan yoluna verilib:
“Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən 3-4 dəqiqə arası yubanma baş verib”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP