Qazaxıstanlı iş adamı Bakıda öldü

Qazaxıstanlı iş adamı Bakıda qəflətən ölüb.
“Bakı Taxıl Terminalı” MMC-nin idarə heyətinin sədr müavini Rafi Kubeysinov Yasamal rayonu ərazisindəki evində hamam otağında qəfil dünyasını dəyişib. Onun yüksək təzyiqdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır./APA