bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

“Qüdrətli söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi izləyicilərə təqdim edilib

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası böyük söz ustadına həsr olunmuş silsilə tədbirləri davam etdirir. Söz ustadının həyat və yaradıcılığına həsr edilən 3 dildə hazırlanan videoçarxlar və onlayn təşkil edilən “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı tədbirdən sonra Respublika Gənclər Kitabxanası “Qüdrətli söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisini izləyicilərinə təqdim edir.

Kitabxanadan bildirilib ki, virtual kitab sərgisində Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında söylədikləri fikirlər yer alıb. Təqdim edilən materialda ustadlar ustadı Aşıq Ələsgərin yaradıcılığından nümunələr, kitablarından görüntülər və bu kitabların annotasiyaları təqdim edilib. Belə ki, virtual kitab sərgisində “Aşıq Ələsgər. Əsərləri”, “Aşıq Ələsgər (əsərləri, dastan – rəvayət, xatirələr)”, Qara Namazov “Aşıqlar”, Nazir Əhmədli “Azərbaycan aşıqları və el şairləri” və s. kitablar haqqında məlumat verilib. Ustad aşığın xatirəsinin əbədiləşməsi və həmçinin də Aşıq Ələsgərin adını daşıyan muzey haqqında geniş məlumat verilib. Videoçarxlarda Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar imzalanan Sərəncam da yer alıb.

“Qüdrətli söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi kitabxananın yutub kanalına yerləşdirilib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP