Coğrafi informasiya sistemlərinin tətbiq sahələri üzrə tədqiqatlar aparılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda coğrafi informasiya sistemlərinin tətbiq sahələri üzrə tədqiqatlar aparılır.

Bu barədə institutdan bildirilib. İnstitutun elmi seminarında Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin 6 ay ərzindəki elmi-tədqiqat və praktiki fəaliyyətindən danışıb. O, cari ildə “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” və “Coğrafi informasiya sistemlərinin (CİS) tətbiq sahələri və inkişaf perspektivləri” üzrə aparılmış tədqiqatlar və bu mövzularda hazırlanmış məqalələr haqqında məlumat verib.

Məruzəçi bildirib ki, şöbədə internet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliyinin artırılması üçün metod və alqoritmlər işlənilir. Onlayn reklam-marketinq sahəsi üzrə araşdırmalar aparılaraq xarici dövlətlərin təcrübəsi, Azərbaycandakı vəziyyət, pandemiyanın dünyada marketinqə təsiri və s. araşdırılır. Həmçinin Azərbaycanda su ehtiyatlarının idarə olunması sistemlərində CİS texnologiyalarının tətbiqi araşdırılır, analiz, modelləşdirmə və tətbiq imkanları öyrənilir.

A.Səmidov qeyd edib ki, şöbə əməkdaşları “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılmasında CİS texnologiyalarının tətbiqi və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında sürətlə bərpa edilməsi ilə bağlı qəzet və jurnallarda çıxış ediblər. O, rəhbərlik etdiyi şöbənin elmmetrik göstəricilərini də diqqətə çatdırıb.

Sonda hesabata dair müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev 6 aylıq hesabat ilə bağlı təklif və tövsiyələrini səsləndirib, şöbədə coğrafi informasiya sistemlərinə dair aparılan araşdırmaları yüksək qiymətləndirib. Hazırda dünya ölkələrinin potensialının 3D texnologiyalarının inkişafı ilə ölçüldüyünü söyləyən R.Əliquliyev bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsi və elmi seminarların keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP