Vladimir Putin:”Bəs indi bu vəd niyə yerinə yetirilmir?”
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş sovet rəhbəri Mixail Qorbaçova NATO-nu şərqə doğru genişləndirməmək barədə vəd verdiyini xatırladıb.
O,bu barədə Amerikanın NBC kanalına müsahibəsində danışıb.
“Sovet dövründə Qorbaçova NATO-nun şərqə doğru genişlənməyəcəyi vəd edildi. Tanrıya şükür, o, hələ sağdır, özündən soruşun, bu vəd şifahi olaraq verildi, amma verildi. Bəs indi bu vəd niyə yerinə yetirilmir?”, – Rusiya lideri bildirib.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP