bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahis

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə  azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə  müraciət ediblər.

“USA Today”, BBC, CNN, “The New York Times”, “The Guardian”, “Washington Post”, “Herald”, “Newsweek”, “Tribune” kimi media orqanlarına ünvanlanan müraciətdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasına baxmayaraq,  Ermənistan bu müqaviləni və beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Azərbaycanın israrlı tələblərinə baxmayaraq, Ermənistan işğaldan azad edilmiş ərazilərdə yerləşdirdiyi mina xəritələrini təhvil vermədkən imtina edir. Üstəlik, Azərbaycanın yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirilməsi kimi məkrli məqsədlə diversant qruplarını ölkəmizin ərazilərinə göndərir. Bu məkrli və qeyri-insani siyasətin nəticəsində indiyədək 100-dən çox insan həlak olub və yaralanıb,  iyunun 4-də isə azərbaycanlı jurnalistlər faciəli şəkildə həlak olub, bir neçə şəxs yaralanıb. 

Müraciəti Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika– Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətininn rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota– Azərbaycan Assosiasisiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP