Qardaşımla intim münasibətlərindən şübhələnmişdim…

Quba rayon sakini Murad Ələsgərovun cinayət işi  Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. O, arvadının başını kəsərək, qətlə yetirməkdə təqsirli bilinir.

Qətl hadisəsi bu ilin mayında baş verib. Rayonun  Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Qısqanc ər daha sonra arvadının başını kəsib. Murad Ələsgərov könüllü olaraq Quba rayon polis şöbəsinə gələrək istintaqa təslim olub.

O, həyat yoldaşının ögey qardaşı Şeyda Ələsgərovla aralarında intim münasibətləri olmasından şübhələndiyini deyib.

Murad Ələsgərov ittiham üzrə özünü qismən təqsirli bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir