Türk qırıcıları İraqa girdi – TƏCİLİ
Türkiyə Hava Qüvvələri İraqın şimalında və Şırnak vilayətində əməliyyat keçirib.
“HaberTürk”-ün məlumatına görə, Basyan və Kandil ərazilərində aşkar edilən PKK terror təşkilatının məntəqələri dağıdılıb. Aşkar olunan silahlar, ərzaq və döyüş sursatı məhv edilib. Əməliyyat nəticəsində 9 terrorçu öldürülüb.
Kürdlərin keçirdiyi referendumdan sonra, Türkiyənin ilk dəfə Şimali İraqa hücum etdiyi qeyd olunur.