DİN və DTX Şuşada əməliyyat keçirdi – FOTO

Şuşada xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə əməliyyat  keçiriblər. Bu zaman Şuşa şəhərindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP