Azadlıq baharı
Yurdumuza bahar gəlir. Yaz çiçəklərinin açması ilə bərabər Qarabağ arzularımızın da çiçək açdığı bir bahar. Uzun illər ərzində bütün xalqın nisgilinə dönmüş Qarabağ arzularımızın çin olması ilə birlikdə gələn bir bahar. Çiskin bir payızda, qış sazağı qapıları döymədən azadlığına qovuşmuş Qarabağ son 30 ildə azadlığın ilk baharına qədəm qoyur.
Bu bahar başqa bir bahardır – təbiətlə bərabər ruhumuza və şüurumuza gələn bir bahardır. O dərdli könülləri ovundurur, yandırılan və yağmalanan Qarabağın uzaq və soyuq xatirələrini qızındırır, əsarətdən qurtulmuş doğma torpaqlara yeni nəfəs gətirir. Bu bahar Şuşa dağlarının yamaclarında və hər bir azərbaycanlının ürəyində açan xarıbülbülün azadlığa açılan ilk baharıdır.
Cavanşir Feyziyev
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP