Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulur

Martın 18-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Mərhələnin ən maraqla gözlənilən görüşü İtaliyada “San Siro” stadionunda oynanılacaq. “Milan” klubu İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi “Mançester Yunayted” ilə üz-üzə gələcək.

İngiltərə təmsilçilərindən “Tottenhem” Xorvatiyada “Dinamo Zaqreb”in qonağı olacaq. “Arsenal” isə Londonda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək.

Gün ərzində dörd oyun saat 21:45-də, digər görüşlər isə 24:00-da baş tutacaq.

Səkkizdəbir final mərhələsinin digər oyunları aşağıdakılardır:

“Molde” (Norveç) – “Qranada” (İspaniya) – ilk oyun – 0:2;

“Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə) – ilk oyun – 0:2;

“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) – ilk oyun – 3:1;

“Şaxtyor Donetsk” (Ukrayna) – “Roma” (İtaliya) – ilk oyun – 0:3;

“Qlazqo Reyncers” (Şotlandiya) – “Slaviya Praqa” (Çexiya) – ilk oyun – 1:1;

“Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – ilk oyun – 1:1;

“Vilyarreal” (İspaniya) – “Dinamo Kiyev” (Ukrayna) – ilk oyun – 2:0;

“Yanq Boyz” (İsveçrə) – “Ayaks” (Niderland) – ilk oyun – 0:3.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP