DSX-nin Xüsusi Məktəbinə qəbul olunmaq üçün qeydiyyatdan keçənlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V, VI, VII, VIII və ya IX sinfinə qəbul imtahanları martın 14-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, qeydiyyatdan keçmiş şagirdlər və onların valideynləri “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni DİM-in internet saytından çap edə bilərlər. Bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP