Şəhid əsgərimiz Gəncədə dəfn olundu
Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.
Adı Vətən müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rajapovun şəhid olduğu təsdiqlənib.
5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimizin nəşi Gəncə şəhərinə aparılıb. Şəhid Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rajapov Gəncədə anadan olub. Uşaq yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.Əmrah Rajapov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP