bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

ATV-də yeni prezidentin iştirakı ilə gərgin iclas

ATV kanalında həyata keçirilən islahatlar nəticəsində bir sıra verilişlərin yayımı dayandırılıb. 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, ötən gün kanalın rəhbərliyindən uzaqlaşdırılan Vüqar Qaradağlıdan sonra bu gün kanalda bir neçə saat davam edən toplantı keçirilib. İclasda bir sıra aparıcılara son xəbərdarlıq edilib, fəaliyyətləri qənaətbəxş edilməyən işçilərə də işlərini düzəltmələri tapşırılıb.
Tanınmış teleaparıcılara və telejurnalistlərə tövsiyyə edilib ki, efirdə “vulqar” ifadələrdən uzaq olsunlar, milli mental dəyərlərə hörmət etsinlər.
Kanalın hazırki proqramlarında da bir sıra dəyişikliklər edilib. Proqramların bəzilərinin yayımı dayandırılıb. Yayılan məlumatlara görə, telekanalda yayımlanan ən reytinqli layihələr olan “Bozbash Pictures” və “Bacanaqlar” serialının yayımı dayandırılıb.
Mövzu ilə bağlı AZXEBER.COM portalına danışan “Bozbash Pictures” layihəsinin rəhbəri İlkin Həsənli sözügedən xəbərdən məlumatsız olduğunu bildirib. O, iclasın keçirildiyini, amma bu barədə ona məlumat verilmədiyini bildirib.
Portalımıza danışan “Bacanaqlar” serialının layihə rəhbəri Elməddin Cəfərov da kanalda keçirilən iclasda iştirak etdiyini, amma layihələrindən hansınınsa bağlanması ilə bağlı bir məlumatı olmadığını deyib:
“Bu xəbəri ilk sizdən eşidirəm. İclas oldu, amma bağlanma məsələsi müzakirə edilmədi. Hazırda layihələrimin hamısının yayımı davam edir”.
Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.