Prezident İlham Əliyev: Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qarabağda yeni dəhliz yaradılması ideyasını dəstəkləyiblər
Naxçıvan ilə Azərbaycanın qərb rayonları arasında ikinci təhlükəsizlik dəhlizi yaradılması ideyası Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib.
Azərbaycan Prezidenti İlham Əliyev bunu xalqa müraciətində bildirib.
Prezident İlham Əliyev həmin müraciətində noyabrın əvvəlində Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış Dağlıq Qarabağda vəziyyətin nizamlanması haqqında Bəyanatın müvafiq bəndinə diqqəti cəlb edib. Həmin bənddə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin yaradılması haqqında söhbət gedir. Orada həmçinin deyilir ki, tərəflərin razılığı əsasında “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Azərbaycan dövlətinin başçısı deyib: “Bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təkliflərinizi, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP