Bakıda iş adamının intiharının şok təfərrüatı – FOTO

Bakının Nəsimi rayonunda iş adamı Ramin Əliyevin (1984-cü il təvəllüdlü) intihar etməsinin bəzi təfərrüatı məlum olub.

Qeyd edək ki, R.Əliyev Mehbalı Zeynalabdıyev küçəsi, 8 saylı binanın qarşısındakı həyətdə avtomobilinin baqajından ov silahını götürərək, başına atəş açıb.

R.Əliyevin cəsədi saat 16:00 radələrində tapılıb.

Rayon prokurorluğundan   verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarındakı digər mənbələrdən əldə edilən məlumata görə, iş adamının biləklərində təzə kəsiklər tapılıb ki, bu da R.Əliyevin ən azı daha bir dəfə intihara cəhd etdiyini göstərir.

Həmçinin, məlum olub ki, R.Əliyev qayınatasına məxsus böyük tikinti şirkətində yüksək vəzifə tutub.

Qeyd edək ki, bu tikinti şirkəti “İnşaatçılar” metrostansiyasının yaxınlığında bir sıra yaşayış binaları ucaldıb.

Mərhumu intihara sövq edən səbəb hələlik məlum deyil.

Dindirmə zamanı R.Əliyevin yaxınları və dostları onun son vaxtlar qəribə davrandığını, rəftarında nəzərəçarpacaq dərəcədə narahatlıq müşahidə edildiyini söyləyiblər.

Bəzi məlumatlara görə, intihar Əliyevlər ailəsində yaranan münaqişənin nəticəsidir.

Hüquq-mühafizə orqanları isə bildirib ki, bu versiya araşdırılır, lakin hələ təsdiqini tapmayıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP