Yığmamız yalnız Lixtenşteyni qabaqladı
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Azərbaycan millisinin yer aldığı 2-ci qrupda bir matç baş tutub.
Slovakiya yığması öz meydanında Lixtenşteyni qəbul edib. Meydan sahibləri darmadağınla qalib gəlib – 6:0
Daim seçmə mərhələni son sıralardan birində başa vuran Azərbaycan yığması tsikli 5-ci pillədə bitirib. Milan Obradoviçin yetirmələri yalnız Lixtenşteyni qabaqlaya bilib. Müxtəlif ölkələrdən cəlb olunan legioner hesabına toplanan komanda cırtdanları arxada qoymaqdan başqa heç nə ilə fərqlənməyib.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan Fransa və İsveçrə final mərhələsinə vəsiqə qazanıb.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP