bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

Dünya azərbaycanlıları “Bir olaq, Qarabağa dəstək olaq!” deyir

Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Bayrağı Günü ilə əlaqədar dünya azərbaycanlılarının
iştirakı ilə “Bir olaq, Qarabağa dəstək olaq!” adlı virtual görüş təşkil edib.
49 ölkədən 100-dən çox soydaşımızın qatıldığı görüş Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin "Bu gün Azərbaycanın hər bir yerində
dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət
bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır” fikrini diqqətə çatdırıb
və soydaşlarımızın hər birini Dövlət Bayrağı günü münasibətilə təbrik edib.
Komitə sədri Azərbaycan dövlətinin işğal altında olan torpaqlarımızı azad etmək üçün apardığı
haqlı mübarizədən, Ali Baş Komandanın misilsiz xidmətlərindən və rəşadətli ordumuzun
uğurlarından danışıb, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük əzmkarlıq
göstərən, ordumuza və mülki şəxslərə humanitar yardımını əsirgəməyən Azərbaycan diaspor
təşkilatlarına, diaspor üzvlərinə minnətdarlığını çatdırıb, soydaşlarımızı erməni təxribatlarına
qarşı diqqətli olmağa çağırıb.
Xaricdə yaşayan soydaşlarımız bildiriblər ki, Vətən torpağının hər qarışında, o cümlədən düşmən
tapdağından azad olunan ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımız
hər bir azərbaycanlının qəlbində qürur və fərəh hissi yaradır. Biz milli qürur mənbəyimiz olan
üçrəngli bayrağımızı dünyanın müxtəlif ölkələrində dalğalandırmağımızla fəxr edirik.
Komitəyə gələrək görüşə qatılan xalq artisti Fəxrəddin Manafov, Türkiyədə yaşayan böyük
sənətkarımız Cahangir Novruzov, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və digər
qonaqlar dünya azərbaycanlılarının birliyindən fəxarət hissi keçirdiklərini, bir bayraq eşqinə bir
bayraq altında toplaşan dünya azərbaycanlılarının hər zaman dövlətimizin yanında olduqlarını,
öz zəkası, siyasi iradəsilə dünyada Azərbaycanın nüfuzunu qaldıran Ali Baş Komandana və
xalqımıza zəfər sevinci yaşadan Ordumuza minnətdarlıqlarını bəyan ediblər.

Dünya azərbaycanlılarının Qarabağa dəstək aksiyalarının əks olunduğu maraqlı videogörüntülər,
Türkiyədə yaşayan məşhur Manafzadələr ailəsinin ifa etdiyi “Əsgər marşı”, İsveçdəki “Qarabağ”
uşaq qrupunun çıxışı dünya azərbaycanlılarının birlik toplantısının bədii-emosional ruhunu daha
da zənginləşdirib.
Qarabağ üçün hər zaman bir olduqlarını, birliyimizlə tarix yazdığımızı bildirən soydaşlarımız
əllərində üçrəngli bayrağımızı dalğalandıraraq görüşü bu möhtəşəm mənzərə ilə başa vurublar.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP