ATV-nin yeni rəhbəri: “Təsisçilərin qərarı ilə təyin edilmişəm”
ATV telekanalının yeni rəhbəri Azər Xəlilov təyinatı ilə bağlı məsələyə münasibət bildirib.Əməkdar jurnalist A.Xəlilov Trend-ə açıqlamasında yeni vəzifəyə ATV təsisçilərinin qərarı ilə təyin olunduğunu deyib: “Təsisçilərin qərarı ilə bu vəzifəyə təyin edilmişəm”.
Qeyd edək ki, ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad edilib. A.Xəlilov bu gün kollektivə təqdim edilib.
Xatırladaq ki, bundan öncə A.Xəlilov CBC telekanalının direktoru vəzifəsində çalışıb.