bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Sosial şəbəkələrlə bağlı layihə uğurla başa çatıb

 

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Sosial şəbəkələrdə informasiya
təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə
bağlı tədqiqatların aparılması” layihəsi uğurla başa çatıb.
Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq üç ay
ərzində müxtəlif fəaliyyətlər həyata keçirilib. İlkin mərhələdə Bakı, Sumqayıt və
Gəncə şəhərlərinin ümumilikdə 600-dən çox sakini ilə 6 onlayn ictimai müzakirə
reallaşdırılıb.Görüşlərdə şəhər sakinləri, millət vəkilləri, ekspertlər, dövlət
qurumlarının vəzifəli şəxsləri, idarə təmsilçiləri, təşkilat əməkdaşları, müəllim və
tələbələr iştirak ediblər və mövzu ilə bağlı fikirlərini bölüşüblər.Qonaqlar layihənin
önəminə toxunaraq, mövzunun vacibliyini diqqətə çatdırıblar.Çıxışlarda həmçinin
pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb
edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün
analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.
Növbəti mərhələdə mövzu ilə əlaqədar 400-dən çox şəxsdən sorğular götürülüb,
nəticələr əsasında kitabçalar hazırlanıb və ödənişsiz olaraq vətəndaşlara paylanılıb.
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin könüllü şəkildə
COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə yardım edib, ehtiyacı olan
şəxslərə ərzaq kuponları göndərilib.
Daha uğurlu nəticələrə nail olunması və dayanıqlığın təmin edilməsi məqsədi ilə
layihəyə əlavə dəyər gətirən fəaliyyətlər də həyata keçirilib.Hesab olunub ki, icra
olunan layihə vətəndaş cəmiyyəti üzvlərinin sosial şəbəkələrdən daha uğurlu
istifadəsinə təkan verəcək.
Qeyd edək ki, layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən
icra dövründə təşkilatla sıx əməkdaşlıq edilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP