Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub
Məqalədə 30 ilə yaxındır ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin əsl mahiyyəti haqqında ətraflı məlumat verilib, tarixçi və jurnalistlərin bu məsələdən danışarkən peşə etikasına riayət etmələrinin vacibliyi vurğulanıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu, münaqişə zonasından uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin raket atəşinə tutulması da məqalədə yer alıb.
Məqalədə Azərbaycanla Fransa arasında əməkdaşlıq əlaqələri ilə yanaşı, Azərbaycanın iqtisadi əməkdaşlıq baxımından regiondakı geosiyasi mövqeyinə toxunulub, Türkiyənin Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı ittihamların əsassız olması ilə yanaşı, münaqişənin müsəlman-xristian qarşıdurması kimi qələmə verilməsinin yalnış olduğu qeyd olunub. Azərbaycanın çoxkonfessiyalı və multietnik ölkə olması, Dağlıq Qarabağın isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktının həm tarixi həqiqətə, həm dən beynəlxalq hüquq normalarına əsaslandığı xüsusi ilə vurğulanıb.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP