bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib

Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan çıxmağa məcbur olmuş həmvətinimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub.

Santyaqo şəhərindəki Adolfo İbanyez Universitetində çaışan professor, əslən Kəlbəcər rayonundan olan Şəhriyar Nəsirovun qələmə aldığı “Ağdaban faciəsi: həyatımın ən ağır etirafı” başlıqlı yazıda Ermənistanın 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən bəhs edilib.

Müəllif qeyd edir ki, ailəsi ilə birgə 8 yaşına qədər Azərbaycanda Kəlbəcər rayonunun Ağdaban kəndində yaşayıb. 1992-ci il aprelin 8-də qəsəbəyə hücum edən ermənilər onun öz doğma yurdunu tərk etmək istəməyən 65 yaşlı nənəsini, 34 yaşlı əmisini öldürüblər, babasını və bibisini isə əsir götürblər. Ümumiyyətlə isə, erməni quldurları kənddə 67 nəfəri öldürüb, 130 evi yandırıb və xeyli insanı əsir götürüb. Şəhriyarın və valideynlərinin hadisədən bir neçə gün öncə Şəkiyə gəlməsi onların həyatını xilas edib.

Məqalədə azərbaycanlıların öz vətənlərində məcburi köçkünə çevrilməsinin, öz doğma yurdlarına geri qayıda bilməməsirinin ağrılı mövzu olduğu vurğulanıb: “Ailəmi sarsıdan əsl faciədir. Valideynlərim və yaxın qohumlarım özlərini alçaldılmış vəziyyətdə hiss etdiklərindən bu hekayəni heç bir vaxt danışmırdılar…”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://elminuto.cl/la-tragedia-de-agdaban-la-confesion-mas-dura-de-mi-vida/

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP