Dünya rekordu vura bilmədi

Bolqarıstanlı dalğıc Yunanıstanın Marmaris yaxınlığındakı Xalkidikidə həlak olub. Bu barədə Afina xəbər agentlikləri məlumat yayıb.

Məlumatda deyilir ki, qadın dalğıc suyun dərinliklərində digər dalğıclarla birlikdə qrup halında dünya rekordu vurmaq istərkən, naməlum şəraitdə həlak olub. Onun həyat yoldaşı isə, hospitala yerləşdirilib.