bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahis

“Yeni açıqlamalar onları daha da sarsıdacaq” – Prezident

“Bu Paşinyanın növbəti yalanıdır. Hər bir məsuliyyətli adam, hər bir insan, xüsusilə siyasətçi, xüsusilə ölkə başçısı gərək yalan danışmasın”.

Bunu bu gün Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın cənub və şimal istiqamətlərdən bir taktika olaraq çəkilməsi barədə açıqlamasına dair suala cavab verərkən deyib.

Dövlət başçısı deyib ki, bu, heç bir insana yaraşan bir şey deyil: “Onun isə bütün əməli, tarixlə, bu münaqişə ilə, bu gün baş verən hadisələrlə bağlı bütün sözü yalandır. Əgər o bilmirsə, o zaman o, necə Ali Baş Komandan olur? Əgər real durumu ona demirlərsə, o zaman o, öz hərbi idarəçilərinə irad tutmalıdır. Əgər bilir, yalan danışırsa – mən daha çox bu versiyaya inanıram – o zaman bu, böyük ayıbdır. Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirir. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edilib, 33 erməni tankı qənimət götürülüb. Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur. 33 tank, həm də saz vəziyyətdə indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumundan müdafiə sistemi, 35 ədəd OSA hava hücumundan müdafiə sistemi məhv edilib. Kruq, KUB, ondan sonra başqa texnikalar… İndi erməni ordusunun texniki təchizatı çox sarsılıb, yəni çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqlara giririk, azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda olacaq yeni açıqlamalar onları daha da sarsıdacaq və erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı ən real vəziyyəti öyrənmək istəyirsə, bizə qulaq assın, bizi eşitsin”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP