bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetpercasibomcasibomcasibomcasibom

Emin Hacıyev: Ermənistanın rəhbərliyi bizi öz təxribatları ilə buna vadar edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Emin Hacıyev çıxış edib. Millət vəkili çıxışına belə başlayıb:

Hörmətli Sədr, hörmətli millət vəkilləri!

Ermənistanın hərbi təxribatlarına layiqli cavab verən şanlı Ordumuz torpaqlarımızın azad olunması üçün zəfər yürüşünü uğurla davam etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımıza müraciətində Suqovuşandan sonra Cəbrayıl şəhəri və rayonun bir sıra kəndlərinin də işğaldan azad olunduğunun müjdəsini verdi. Bu ərazilərin mühüm strateji əhəmiyyət daşıması tezliklə digər ərazilərimizin də düşmən tapdağından azad olunması üçün olduqca vacibdir. Qüdrətli Ordumuzun uğurlu əks-hücum əməliyyatı bizi yeni qələbələrə ruhlandırır. Bu hissləri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Ordumuza minnətdarıq.

Cəbhədə yaşananlar göstərir ki, ardıcıl olaraq məğlubiyyətlərə uğrayan işğalçı Ermənistan ordusu Gəncə və Mingəçevir şəhərlərini, Xızı rayonunu raket atəşinə tutmaqla hərbi əməliyyatların miqyasını genişləndirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək kimi məkrli niyyət güdür. Amma bütün bunlar və mülki əhalinin hədəfə alınması Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq. Ona görə də işğalçı Ermənistan gec olmadan Azərbaycan Prezidentinin mesajlarından ciddi nəticə çıxarmalıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan işğal etdiyi torpaqlarımızdan çıxmalı, Azərbaycan xalqından üzr istəməli və ərazi bütövlüyümüzü tanımalıdır. Yalınız bu halda atəşkəs rejimi bərpa edilə bilər. Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidirsə, digərləri bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan, bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir.

Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Ermənistanın rəhbərliyi bizi öz təxribatları ilə buna vadar edib. Cənab Prezident Ermənistan rəhbərliyinə 27 sentyabr hadisələrindən əvvəl “Gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir!” mesajını vermişdi. İndi ortada tək, havadarsız qalan Ermənistanın hansı gücdə olduğu açıq-aşkar görünür. Şanlı Azərbaycan Ordusunun gücünü görən Paşinyan hər gün dünya liderlərinə zəng edərək, yalvarıb kömək istəyir. Azərbaycan əsgəri torpaqlarımızı erməni silahlılarından təmizləyərək, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Azərbaycan Ordusunun zəfər yürüşü bizi Qarabağımıza qovuşduracaq! Ali Baş Komandanımız cənab İlham Əliyevin bəyan etdiyi kimi, “Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Diqqətinizə görə təşəkkür edirəm.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP