bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

Avropa Parlamentindən Ermənistan baş nazirinə etiraz bəyanatı

Xəbər verildiyi kimi, dünən Avropa Parlamentinin Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri xanım Marina Kalyurand, Azərbaycan və Ermənistan üzrə məruzəçilər xanım Jelyana Zovko və cənab Trayan Basesku ilə birlikdə Birgə Bəyanatla çıxış ediblər.

Bəyanat erməni baş nazirin Kafan – Hadrut avtomobil yolunun tikiləcəyi haqqında ictimaiyyətə açıqladığı layihənin sülhə və sabitliyə xidmət etmədiyini təsdiq edir.

Bəyanatla bağlı millət vəkili, Avropa İttifaqı – Azərbaycan PƏK həmsədri Cavanşir Feyziyev aşağıdakıları bildirib: “ Ermənistan baş nazirinin riyakar əməlləri və münaqişənin həllinə yox, daha da dərinləşməsinə xidmət edən açıqlamaları Avropalı siyasətçilərin də nəzərindən yayınmayıb.

Keçən ilin sonunda Paşinyan çıxışlarından birində Kafan rayonunu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarının ərazisindən keçməklə Dağlıq Qarabağ ərazisi ilə birləşdirəcək yeni avtomobil yolunun cəkiləcəyi barədə anons vermişdi. Paşinyanın nəzərdə tutduğu layihənin təfərrüatlarını öyrəndikdən sonra Avropa Parlamenti rəsmiləri anlamışlar ki, Paşinyanın irəli sürdüyü plan heç də Avropanın gözlədiyi kimi, regional əməkdaşlığa, Şərq tərəfdaşlığı ölkələri arasında əlaqələrin yaxınlaşmasına deyil, əksinə regionda mövcud olan münaqişənin daha da dərinləşməsinə xidmət edir. Buna görə də AP çərçivəsində fəaliyyətləri bilavasitə Cənubi Qafqaz regionu ilə bağlı olan AP rəsmiləri – AP-nin Cənubi Qafqaz ölkələri üzrə PƏK həmsədri xanım M.Kalyurand, Azərbaycan üzrə məruzəçi xanım Jelyana Zovko və Ermənistan üzrə məruzəçi cənab Trayan Basesku birlikdə bəyanat verərək Paşınyanın növbəti təxribatına öz etirazlarını bildiriblər.”

Millət vəkili Cavanşir Feyziyev həmçinin qeyd edib ki, adətən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa rəsmiləri tərəfindən verilən bəyanatlar bizi heç də həmişə qane etməyb. Bir çox hallarda onlar guya münaqişə tərəfləri arasında “balans saxlamaq” naminə işğalçını öz adı ilə çağırmaqdan çəkiniblər. Amma bu dəfəki Bəyanatda açıq mətnlə göstərilir ki, onlar regional əməkdaşlığa xidmət edəcək nəqliyyat dəhlizlərinin yaradılmasını alqışlayardılar, amma bu yolun Azərbaycanın qeyri-qanuni olaraq işğal edilmiş Qubadlı və Cəbrayıl rayonlarından keçməsi və bu yolun tikintisi üçün torpaqların sahibindən -Azərbaycandan icazə alınmaması beynəlxalq qanunlara ziddir və belə bir layihənin həyata keçirilməsi Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin qeyri-qanuni işğalını daha da möhkəmləndirə bilər. Avropa Parlamentinin rəsmiləri qarşılıqlı inamın, sülhün və barışığın bərpa olunmasına əngəl törədən belə bir təşəbbüsdən təəssüfləndiklərini bəyan ediblər. Həmsədr və məruzəçilər həmçinin ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin səylərini dəstəklədiklərini və hər iki ölkəni münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə yönəlik danışıqları davam etdirməyə çağırıblar.

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qeyd edib ki, bu bəyanat həm də onu göstərir ki, Ermənistan tərəfindən münaqişəni süni olaraq uzatmaq və status-kvonu qoruyub saxlamaq cəhdləri artıq Avropa rəsmiləri tərəfindən də açıq-aydın başa düşülür və nəhayət, onlar da açıq və birmənalı olaraq Ermənistan rəhbərliyini riyakarlıqdan əl çəkməyə və konstruktiv dialoqa qoşulmağa dəvət edirlər. Bu Azərbaycan rəhbərliyinin uzun illər ərzində apardığı konstruktiv, təmkinli və ardıcıl siyasətin nəticəsidir.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin