bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

MƏDƏNİYYƏTİMİZƏ VURULAN SAĞALMAZ ZƏRBƏ! – CAVİD İSMAYIL YAZIR

Tarixi  müstəqilliyimizi elan etdikdən sonra milli dəyərlərin inkişafı, milli kimliyə bağlılıq, boyunduruq altında olduğumuz dövrlərdə insanlar arasında unutdurulmağa çalışılan və unutdurulan dəyərlərimizi yenidən özününküləşdirmək, bayraq, himn sevgisini artırmaq, elmimizin inkişafı və insanlarımız arasında ümumilikdə Vətənpərvərliyi daim dinamik inkişaf xətti üzərində qurmaq, onu yüksələn xətt istiqamətində saxlayıb inkişaf etdirmək və  bir ideoloji xəttə çevirmək çox vacibdir.

Bü gün artıq 30 ilə yaxındır ki, təkcə XX əsrin sonunda Rusiya imperiya xislətinin terror mexanizmi və Türkün tarixi düşməni olan ermənilər müasir Azərbaycan respublikasının 20%-dən artıq torpağını işğal edib, bir milyondan artıq insanımız qaçqınlıq həyatı yaşayır. Insanlarımız öldürülüb, qız-gəlinlərimiz əsir götürülüb, körpələrimiz diri-diri yandırılıb, nənə və babalarımız min bir müsibətlə qətlə yetiriliblər. Təbii ki, bunlarla yanaşı insanlığın utancı olan ermənilərin tapdağı altında inləyən  Azərbaycan torpaqlarında bütün mədəni və mənəvi dəyərlərimiz məhv edilib, qeyri-maddi mədəni irsimizə sözün əsl mənasında od vurulub yandırılıb. Yüzlərlə maddi-mədəniyyət nümunələri, tarixi və dini abidələr yer  üzündən  silinib. Bütün bunlar hər birimizə məlumdur və mənim  deyəcəyim  söz  başqadır. Mətləbə keçməzdən əvvəl qeyd edim ki, Azərbaycan prezidenti cənab İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qorunması, inkişafı, tanıdılması  üçün bütün  işləri  görürlər, bu sahə ilə  bağlı  zaman-zaman  sərəncamlar verilir, maliyyə  vəsaiti  ayrılır və s.

İndi gələk mətləbə. Deyəcəklərim bu sahəyə prezidentin görəvli etdiyi insanların yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Dəfələrlə elə şəxsən mən özüm mətbuatda yazmışam və bu gün də qeyd edirəm ki, zamanında Qarabağdan erməni işğalçılarının Şuşada Şərqin ilk opera müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün və xan qızı Natəvanın Bakıya gətirilmiş güllələnmiş heykəllərini şəhərdə dörd divar arasında  təcrid edilmiş formada saxlamaq lazım   deyil, əksinə  Dənizkənarı Milli Parkın  böyük bir hissəsində nümayiş etdimək, vəhşi ermənilərin bütün mədəni irsimizə, maddi-mədəniyyət nümunələri, tarixi və dini abidələrimizə qarşı törətdikləri terror hərəkətlərini göstərmək lazımdır.

İndi sualım mədəni irsimizi, tarixi və mədəni dəyərlərimizə tarixi xəyanət edən “mədəniyyətçilərimizədir”;

Konkret olaraq həmin ərazidə erməni silahlı qüvvələrinin tapdağı altında 762 mədəniyyət abidəmizin və 1431 mədəniyyət müəssisəsinin qaldığı, işğal nəticəsində vandal ermənilərin dəyərlərimiz olan 500 tarixi-memarlıq abidəsini, 100-dən çox arxeoloji abidə, 22 muzey, məsçidlərin və digər mədəniyyət və dini ocaqların məhv edilməsini elə birbaşa Vətənimizə hər hansı bir məsələ ilə bağlı gələn qonaqlara yerindəcə məlumat verərək real tariximizin bu səhifəsini göstərməyi nədən vacib hesab etmədiniz?

Eyni zamanda, milli-mənəvi dəyərimizdən, Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğu və hər daşında tariximiz yatan “İçəri şəhərdə” Qala divarları içində xüsusi muzey yaratmaq, orda həm Qala tarixi, həm də ermənilərin xalqımızın başına açdığı tarixi müsibətləri əks etdirən açıq muzey və stendləri yerləşdirmək, bu yolla da tarixi həqiqətləri dünyaya tanıtdırmaq vacib deyildirmi?

Şəhərimizə gələn qonaqlar üçün hazırlanmış marşurutların proqramını məhz həmin xətlərdən salmaq və tarixin bu qanlı səhifəsini, real tariximizi dünyaya birbaşa mənbədən tanıtmaq necə hesab edirsiniz, lüzumsuz idi?

Axı bəla burasındadır ki, ən yaxın tariximizi bilməyən gənclərimiz də az deyil. Şəhərimizə gələn qonaqlarla bərabər öz insanlarımız da həmin əraziləri ziyarət edə, məktəb və bağçalarımızdan ekskursiyalar hazırlana, ailə quran gənclərimiz o əraziləri ziyarət edə, nə düşünürsünüz, sizcə bunlar vacib deyilmi?

Hərdən TV-lərdən küçələrdə aparılan sorğuların nəticələri ilə tanış olanda adamı hiddət və eyni zamanda dəhşət bürüyür. Elə insanlarımız var ki, hətta işğal altında olan ərazilərimizi belə dəqiq bilmirlər. Doğrudur burda günah təkçə Mədəniyyət Nazirliyinin deyil, lakin bu faciənin əfsuslar olsun ki, artıq episentrindəyik, yəni bunu görmək o qədər çətindir?

Yadıma elə bu yaxınlarda, Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muzeyin eksponatları ilə tanış olarkən etdiyi  ciddi və vacib iradı düşdü. Muzeydə nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev soruşub: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?” Cavab: Mədəniyyət Nazirliyindən?

“Mədəniyyətçilər”, belə məsələlərə cənab prezident irad tutmamalıdır. Bunlarla konkret  siz məşqul olmalısınız. Siz isə…

Onu da qeyd edim ki, yetkililərin marağı “OTKAT”da olduğundan  xalqımızın yüzillər boyu yaratdığı mədəni irsin tarixi köklər üzərində qorunmalı, gələcək nəsillərə ötürülməli olduğunu, ümumiyyətlə, düşünmələrinə vaxt qalmayıb.

Bu  yazını hazırladığım zaman  qarşıma ermənilərin 2013-cü ildə İkinci Dünya müharibəsi zamanı Hitler Almaniyası tərəfindən döyüşən ermənilərin  öz milli qəhrəmanları hesab etdikləri cəllad Qaraqen Nijdey filmindən bir parça rastıma çıxdı. O, kadrları diqqətlə izlədim, ermənilərin çəkdiyi filmdən kiçik bir parça məni dəhşətə gətirdi. Bu epizodda quldur Nijdey “Türklər bizim düşmənimizdir, biz onları məhv etməliyik, onlar bizim torpaqlarımızı işğal ediblər” və s.-deyir.

Sualım milli mənəviyyatımıza zərbə vuran xainlərədir! Bu günə qədər Azərbaycanla heç bir sahədə, xüsusən də, iqtisadiyyat sahəsində müqayisə belə edilə bilməz, acından ölən, maddi yardımların və əxlaqsız qadınlarının hesabına yaşayan ermənilərin çəkdiyi həmin filmin bir hissəsi qədər nəsə, reklam çarxı, yaddaş sujeti və s. biz Azərbaycanda çəkmişikmi? YOX!

Onlar İrəvanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş və xüsusi amansızlığı ilə tanınan Qaregin Ter-Arutyunyana monumental heykəl qoyur, film çəkir. Bəs siz nə ilə məşğulsunuz?

Pulumuz var! Dövlətin siyasi iradəsi var! Çox dəyərli sənət adamlarımız var, lakin belə filmlər yoxdur! Niyəsi çox sadədir. Bunun üçün Milli dəyərlərə və Dövlətçiliyə bağlı olmaq lazımdır! Bir sözlə, Milli qeyrət lazımdır!

Baxın! Mədəniyyətimizə, tarizimizə vurulan zərbənin miqyası bununla ölçülür! Ona görə mədəniyyətimizdə olan bu rüsvayçılıq cəmiyyətimizdə belə hiddətlə qarşılanır!
Bir sözlə, ermənilər dilənərək yığdıqları pulla saxta və uydurduqları “tarix”lərini yaşadır, bizim milli satqınlar isə İRƏVAN TEATRINa ayrılan vəsaitdən otkat alır. Ermənilər övladlarına yaratdıqları saxta tarixi öyrədir və “unutma TÜRK sənin düşmənindir” deyir, bizdə isə milli satqınlar Tarix-Diyarşünaslıq Muzeyinin tikintisindən pul oğurlayır!

Sonda sizə ümumtürk mədəniyyətinin bir parçası olan, dünya sivilizasiya tarixində əvəzsiz və özünə məxsus yer alan Azərbaycan mədəniyyətinin inkişafına, mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına daima böyük diqqət yetirən ümummilli lider Heydər Əliyevin “Tarix bizim üçün dərs olmalıdır” fikrini xatırladıram. Elə bu mənada  ən yaxın tariximizin xronikalarına baxsaq, rəhmətlik Heydər Əliyev 90-cı illərdə bütün  xarici səfərlərində xəritəsi yanında olar,  insanlara şəxsən tarixi reallığı, erməni vəhşiliyini də s. özü sənədlərlə izah edər və məlumatlandırardı.

Lakin görünən odur ki, siz nəinki  Ulu öndərin dediklərinə əməl etmədiniz, hətta əksinə tariximizə və milli dəyərlərimizə tarixi zərbə vurdunuz. Unudulmaz, sağalmaz bir zərbə! İndi özünüz özünüzə sual verin. Siz kimə xidmət etmisiz?!

Cavid İSMAYIL.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.