bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahis

Diaspor nümayəndələri arasında intellektual oyun təşkil olunub

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə aprelin 16-dan 25-dək “Biz birlikdə güclüyük” adlı virtual intellektual oyun layihəsi həyata keçirilib.

Layihənin əsas məqsədi COVID-19 qlobal pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu günlər ərzində xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək və gənc diaspor nümayəndələrinin intellektual səviyyədə biliklərinin artırılmasına töhfə verməkdir.

Suallar Fondun facebook sosial şəbəkə hesabı üzərindən hər gün 3 sual olmaqla 10 gün ərzində video formatda yayımlanıb. Azərbaycan diasporunun tanınmış simaları –Türkiyədən Azərbaycanın xalq artisti Cahangir Novruzov, Rusiyadan Moskva Satira Teatrının rəhbəri Məmmədəli Ağayev, Avstriyadan Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə fəaliyyət göstərən, azərbaycanlı alim Bəxtiyar Siracov, Fransa, Finlandiya, Estoniya, Gürcüstan, Ukrayna, İsveçrə və İtaliyadan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri sualları səsləndirməklə yanaşı, dünya azərbaycanlılarını evdə qalmağa və çətin günlərdə birliyə çağırıblar.

Oyunda Rusiya, Avstriya, Litva, Türkiyə, Kanada, İspaniya, İordaniya, Fransa, Macarıstan, Cənubi Koreya, Polşa və İtaliyada yaşayan azərbaycanlılardan ibarət 14 komanda iştirak edib. İlk turdan etibarən Litvanı təmsil edən “Quizzard”, İspaniyanı təmsil edən “Chicos intelectuales de Barcelona” və Macarıstanı təmsil edən “Paprika” komandaları arasında gərgin mübarizə müşahidə olunub. Təyin olunmuş məhdud vaxt ərzində komandaların göndərdikləri doğru cavablar əsasında nəticələr hesablanıb. Yekunda Litvadan qatılan “Quizzard” komandası səsləndirilən 30 sualdan 26-na doğru cavab verməklə birinci yeri tutub və 1000 manat dəyərində mükafatı qazanıb.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.