bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Milli Məclisə namizəd Azər Quliyev seçiciləri ilə görüş keçirib

“Xalqın içindən olan gənc və əzmli namizədlərin uğur qazanacağına əminik”.

Milli Məclisə namizəd Azər Quliyev Yeni Yasamal yaşayış massivinin sakinləri ilə görüş keçirib. Səmimi mühitdə keçən görüş zamanı namizəd öz platforması ilə seçiciləri tanış edib. Seçicilərə bildirilib ki, növbədən kənar parlament seçkiləri dövlət başçısı cənab İlham Əliyevin apardığı islahatlara böyük töhfə verəcək. Məhəllə ağsaqqallarından biri söz alaraq dedi ki, ölkənin dinamik inkişafı zamanın tələbləri ilə ayaqlaşan, xalqın içindən olan gənc və əzmli namizədlərin seçilməsini zəruri edir və belə namizədlərin uğur qazanacağına əminik”.

Görüş zamanı gənc sakinlərdən biri “gənclərin sağlam həyat tərzinə yiyələnməsi və yüksək ruhiyyədə tərbiyə olunması üçün hansı addımlar atılacaq” deyə soruşdu. Azər Quliyev cavab verdi ki, deputatın qərargahı eyni zamanda sakinlər üçün məşvərət və məsələhət yeri olacaq. İstedadlı gənclərin müvafiq dövlət qurumlarına yönləndirilməsi, onların fərdi inkişafı və özünü doğrultması üçün maliyyə vəsaitinin cəlbi üçün çalışılacaq. İstedadlı gənclərin üzə çıxması üçün sağlam rəqabət və yaradıcı mühit formalaşmalıdır.

Bunun üçün kitabxanaların müasirləşməsi, yeni dərnək və klubların açılması, ödənişsiz kursların fəaliyyəti olduqca zəruridir. Habelə, səy göstəriləcək ki, kiçik və orta biznesin inkişafına dəstək artırılmalıdır ki, əlavə iş yerləri açılsın. Bu işdə o, bir millət vəkili olaraq həm əlaqələndirici kimi, həm də qanunverici təşəbbüslə də çıxış edəcək. Söhbət əsnasında Azər Quliyev bir daha vurğuladı ki, ölkədəki islahatların səmərəsini görməmək olmaz. Bir sahibkar kimi, o gömrük və vergi sahəsində aparılan işlərin səmərəsini görməkdədir. Bu isə iqtisadi inkişaf üçün oldüqca mühüm stimuldur. Bu islahatlara dəstək olmaq gərəkdir və bilmək lazımdır ki, seçkilərdə hər bir səs gələcəyimiz üçün həlledicidir.MediaZona.Az