bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Keçmişdən gələcəyə nə daşıyırıq?- YUNUS OĞUZ YAZIR- İKİNCİ YAZI

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Birinci yazını buradan oxuya bilərsiniz

https://olaylar.az/news/siyaset/365495

Tariximizi hissə-hissə öyrənib  vahid hala gətirdikdə, ümumi nəticəyə gəlmək olar ki, keçmişimiz gələcəkdən qabaqdadır, keçmişimiz gələcəyimizə işıq salan yol  və tarixdir. Bu səbəbdən düşünürəm ki, “tarix nədir” sualına aşağıdakı təsnifatda cavab vermək olar:

Tarix ibrətdir; Tarix milli  dəyərlərimizi özündə daşıyan zamandır; Tarix milli kimliyimizin meyarıdır; Tarix sevgimizin ölçüsüdür;

Tarix nədən ibrətdir?

Tarix təkrar olunur. Dövlətlər, onları idarə edən sülalələr dəyişir, hakimiyyət zirvəsinə gedən yollar ziqzaq olmasına baxmayaraq xalqların acıları, sevincləri, insanların yaşam tərzi, qonşulara, ətrafa münasibəti təkrar olunur.

Təsadüfi deyil ki, adi həyatda bir məsləhət almaq lazım gələndə deyirlər: “Gərək bu məsələni filan ağsaqqaldan soruşaq, o dünyagörmüş adamdır”  Bunu elə-belə demirlər. Təkrarlar tarixdə kifayət qədərdir. Yetər ki, keçmişdə baş verənlərdən xəbərin olsun və bunlardan düzgün nəticə çıxarasan.

Baxın, XX əsrdə ermənilərlə savaşımız  və münasibətimiz dörd dəfə münaqişə və müharibə səviyyəsində olub, bundan ibrət almadığımız üçün yüz il boyunca mənəvi təzyiqə  və şiddətə məruz qalmışıq.

Erməni kilsəsi terror təşkilatlarını XIX əsrin sonlarında yaratdıqdan sonra, XX əsrin əvvəllərində, konkret olaraq 1905-1907-ci illərdə  münaqişə və toqquşmalar birinci dəfə baş verdi. Türk və müsəlman kəndlərinin yandırılması, yağmalanması, qarət olunması, insanların qaçqına çevrilməsi, öldürülməsi adi hala çevrilmişdi. Xalq əzab çəkirdi, inləyirdi, hadisələri qızışdıran, alovun üstünə yağ tökən Çar Rusiyasından imdad diləyirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. Buna cavab olaraq 1905-ci ildə Əhməd bəy Ağaoğlunun rəhbərliyilə gizli “Difai” təşkilatı Bakıda yarandı və ilk bəyanatı sürətlə hər yerə yayıldı.  Bəyannamədə deyilirdi: “Mütəşəkkil qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra  fikirləri Qafqazda erməni xalqları üçün milli, müstəqil dövlət yaratmaqdır…  Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin xoşbəxtlik qurmasına yol vermərik”. Hökumətin xalqı qorumaq fikri olmadığından Difai partiyasının yaradıcıları  silahlı dəstələr yaradıb ermənilərə və onlara dəstək verənlərə qarşı  silahlı müqavimət göstərməyə başladılar. Azərbaycanın ictimai-siyasi fikrinin formalaşmasında müstəsna xidmətləri olan Əhməd bəy Ağaoğlu bölgələri gəzməyə və silahlı müqavimət hərəkatı formalaşdırmağa başladı. Təbii ki, bu təşkilatın ən böyük vuran əli  və düşünən beyni ikinci paytaxt sayılan Gəncə şəhəri oldu.

Bu qədim şəhərdə vətənsevər və millətçilərin önündə Ələkbər bəy Rəfibəyov dayandı. Gəncənin ən hörmətli və nüfuzlu ziyalıları Ələkbər bəy və Ələsgər bəy Xasməmmədovlar, Həsən bəy Ağayev, Şeyxülislam Axund Molla Pişnazzadə, müəllim Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad və başqaları təşkilata üzv oldular.

1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurmasında vəziyyətin türklərin xeyrinə  dəyişməsini hiss edən Çar Rusiyasının Qafqazdakı hökuməti onlara qarşı tədricən yönəlməsini hiss etdikdə gürcü bəyləri vasitəsilə barışıq yaratmağa çalışdı,  çünki bu silahlı müqavimətə artıq hökumətdən qaçaq düşən üsyançılar da qoşulurdu. Partiyanın qeydiyyatı olmasa da, möhürü vardı və hökumət bu möhürü gətirənə əlli min qızıl rubl vəd etmişdi.

Təşkilatın rəhbərliyi tərəfindən aparılan əməliyyatlar nəticəsində Qarabağ, Gəncə, Bakı və Şamaxı bölgələrində üstünlük Difaiçilərin tərəfinə keçdi.

Vəziyyətin belə vəziyyətə gəlib çıxmasını hiss edən ermənilər barışmağa məcbur oldular və ara 1918-ci ilə qədər sakitləşdi, baxmayaraq ki, aradakı bu illər ərzində kiçik toqquşmalar və qarşıdurmalar baş verirdi.

Əgər fikir verdinizsə, Difai partiyasının ilk verdiyi bəyanatda deyilirdi ki, ermənilər Qafqazda özlərinin milli dövlətini yaratmaq istəyirlər, yəni müsəlman və türkləri qırmaqla, bu torpaqdan qovmaqla bunu həyata keçirmək arzusundadırlar.

Bu çox ciddi siqnal idi. Bu siqnal bizi ayıltmalı, işimizi düz qurmalı idik. Çünki ermənilərin Qafqaza  kütləvi gəlişi və bu torpaqlarda, yəni İrəvanda, Qarabağda, Naxçıvanda, Bakıda, demək olar ki, Azərbaycanın hər yerində məskunlaşması 1828-ci il  Qacar (tarixdə İran yazılır) – Rus müharibəsinə təsadüf edir. Belə ki, Türkmənçay müqaviləsinə görə Qacar dövlətində yaşayan ermənilər rusların işğal etdiyi Azərbaycanın ən münbit torpaqlarına köçürülür, hətta buna görə də köç edən ailələrə pul təzminatı verilirdi. Bu Çar Rusiyasının gələcəyi üçün düşünülmüş addımı idi. Burada həmişəlik mövcud olmaq üçün yeritdiyi geosiyasət əsas məqsədlərdən olmaqla yanaşı, həm də geoiqtisadiyyat önəmli rol oynayırdı.

Çox vacib olan  bir hadisəni yadınıza salım. Bu fakt dövlət televiziya arxivlərində indi də var. 1978-ci ildə Qarabağda yaşayan ermənilər bu ərazilərdə məskunlaşmanın 150 illiyinə həsr olunmuş tədbirlər keçirmiş və Qarabağda xatirə lövhəsi basdırmışdılar.

Daha bir fakt isə daha təsiredicidir. Belə ki, Çar Rusiyası Güney Qafqazı işğal etməyə başlayanda ilk olaraq XVIII əsrin sonunda gürcü çarı ilə Rusiya ilə birləşmək haqqında müqavilə bağladı. Daha sonra XIX əsrin əvvəllərində belə bir  müqavilə Dərbənd xanlığı və Qarabağ xanı İbrahimxəlil xanla bağlandı. Bu məşhur Kürəkçay müqaviləsi indi də arxivlərdə mövcuddur. Ancaq Çar Rusiyası Qafqazda heç bir erməni ilə müqavilə bağlamadı, çünki bu ərazilərdə ermənilərin nə bəylikləri, nə də xanlıqları vardı. Müqavilə vahid inzibati əraziyə görə bağlanırdı.MediaZona.Az

Ardı var

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.