bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır

Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır!

Bu şüarla 115 saylı Şəki kənd 2-ci Seçki Dairəsindən  Milli Məclisə namizədliyini irəli sürən Cavanşir Feyziyev çıxışında dövlətçilik, azərbaycançılıq, vətənə, xalqa xidmət, milli-mənəvi dəyərlərə bağlılığın bundan sonrakı fəaliyyətində olacağını bildirib.

Cavanşir Feyziyev 1963-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 19701977ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 19771980ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983 – 1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur.1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir.1992 – 1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir.1994 – 1995-ci illərdə Belçikanın «Sərhədsiz həkimlər» humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır.

1995 – 1998-ci illərdə ABŞ-nın Filip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir.1998 – 2002-ci illərdə «Planet Co. Ltd» şirkətinin təsisçisi və direktoru olmuşdur.2002 – 2010 «AvroMed» şirkətinin həmtəsisçisi və baş direktoru olmuşdur.”Tour-İnvest» şirkətinin və «Discovery Azerbaijan» elmi-kütləvi jurnalının təsisçi və baş redaktorudur. 2004 – 2009-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının FəlsəfəSosiologiya və Hüquq İnstitunun dissertantı olmuşdur.2010 – Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir.2011 – Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır.2013 – Azərbaycan Respublikasının Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmişdir.

2015 – Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir.

20042009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində, 2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı və 2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı Azərbaycan dilində çap olunub. 2014-2017-ci illərdə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı türk, qazax, qırğız, rus, boşnak və macar dillərinə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunmuşdur.[2]

2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.“Türk dünyasının təməl dəyərləri”;”Türk xalqları”;”Türk dövlətçiliyi tarixi”;”Türkşünaslıq”;”Türk dünyasının tarixi şəxsiyyətləri”.

2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir. 2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir. 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük ürək” romanını Azərbaycan dilinə tərcümə etmişdir.

60-dan çox elmi məqaləsi AzərbaycanTürkiyəABŞQazaxıstanUkrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur. Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir. Azərbaycan, rus, türk, fransız və ingilis dillərini 

2010-cu ilin 7 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə deputat seçilmişdir. 2015-ci ilin 1 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Mədəniyyət Komitəsinin üzvüdür.

Azərbaycan – Böyük Britaniya və Azərbaycan – Fransa parlamentlərarası işçi qruplarının rəhbəridir. Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların üzvüdür. Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür. AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür.[2]

2017-ci ilin yanvar ayından Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədridir.

2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur. “Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir. 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir. 2015-ci ildə Kolmar ( Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2005-ci ildə Şöhrət çələngi. Respublikanın müxtəlif ictimai təşkilatları tərəfindən dəfələrlə diplomlarla və fəxri fərmanlarla təltif olunmuş və 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən «Şöhrət çələngi» beynəlxalq mükafatı ilə təltif edilmişdir.2010-cu ildə «Qızıl qələm» mükafatı ilə təltif edilmişdir.2010-cu ildə Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə “Uğur” Milli Mükafatına layiq görülüb.2014-cü ildə Fransa Respublikasının Kolmar şəhərinin Azərbaycanda Fəxri Səfiri elan olunmuşdur.2016-cı ildə Beynəlxalq Türk Akademiyasının qızıl medalı ilə təltif olunmuşdur.2016-cı ildə Qazaxstan Prezidentinin Fərmanı ilə “Qazaxstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı ilə təltif olunub.

2018-cı ildə “Türk Dünyasının Şərəf medalı” ilə təltif olunub.MediaZona.Az