bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Bu münasibətlə Dövlət Komitəsi “Azərbaycan Diaspor Könüllüləri” proqramında iştirak üçün qeydiyyata başlayıb.

“Könüllülər ili”ndə proqramın daha zəngin və genişmiqyaslı olması nəzərdə tutulur. Bununla əlaqədar Dövlət Komitəsində Tədbirlər planı hazırlanıb və ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır. Ümumilikdə 50-yə yaxın istiqaməti əhatə edən Tədbirlər planında konfrans, dəyirmi masa, müxtəlif sosial aksiyalar və s. nəzərdə tutulur. Eyni zamanda, tədbirlərin həyata keçirilməsində Komitə əməkdaşları ilə yanaşı “Azərbaycan Diaspor Könüllüləri” proqramının məzunları da iştirak edəcəklər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq 2019-cu ilin mart ayından etibarən “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Proqramda iştirak üçün 609 gənc müraciət edib. Gənclərin kütləvi müraciətini nəzərə alaraq, 24 aprel 2019-cu il tarixində Nizami kino mərkəzində könüllü olmaq istəyən gənclərlə Komitə rəhbərliyinin görüşü keçirilib. Həmin dövrdən etibarən isə gənclər hissə-hissə təlimlərə cəlb edilir.

Proqram çərçivəsində könüllülərin Dövlət Komitəsində xaricdə yaşayan azərbaycanlılarla görüşləri, breyn-rinq intellektual yarışı, Norveç Krallığı, Kanada, Yunanıstan, Almaniya, Amerika, Polşa, Türkiyə, Şimali Kipr Türk Respublikası və s. xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərlə video-konfransları təşkil edilib.

Bütün bunlarla yanaşı “Azərbaycan Diaspor Könüllüləri” ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual turnirdə Dövlət Komitəsini təmsil edib.

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Diaspor Könüllüləri həm sosial şəbəkələrdə müxtəlif sosial aksiyalar təşkil edib, həm də Bakı şəhərinin mərkəzində uşaqlara və xarici qonaqlara üçrəngli bayrağımız və Dövlət Bayraq Günü ilə bağlı informasiyalar verib, uşaqlara və qonaqlara bayraqlar hədiyyə edib. Bunlardan başqa “Azərbaycan Diaspor Könüllüləri”nin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə görüşü keçirilib. Proqram iştirakçıları Cocuq Mərcanlıya səfər edib və Qarabağımızın bir parçası olan Cocuq Mərcanlıda görülən işlərlə yaxından tanış olublar.

Həyata keçirilən bütün tədbrilər haqqında məlumatlar həm Dövlət Komitəsinin rəsmi internet saytında (diaspor.gov.az) Azərbaycan Diaspor Könüllüləri üçün xüsusi bölmədə yerləşdirilib, həm də sosial şəbəkələrdə geniş yayılıb.

Könüllü fəaliyyət göstərmək üçün müraciət forması: http://diaspor.gov.az/volunteers/MediaZona.Az