bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Qarşıdan gələn parlament seçkiləri görünməmiş siyasi fəallıqla müşaiyət olunacaq

Seçki öncəsi proseslərdən bəlli olduğu kimi, qarşıdan gələn parlament seçkiləri görünməmiş siyasi fəallıqla müşaiyət olunacaq.

Bu sözləri 15 saylı  Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürən Azər Quliyev deyib. O bildirib ki, cəmiyyətin bütün təbəqələrində canlanma müşahidə etmək olur. Həm namizədlər, həm seçicilər böyük entuziazm nümayiş etdirirlər. Doğrudur, bəzi namizədlərin təbliğat-təşviqat kampaniyasında ciddi tənqidlər, hətta gülüşə səbəb olan məqamlar olsa da, əsas odur ki, insanlar ölkə başçısı İ. Əliyevin apardığı ardıcıl islahatlara səmimi qəlbdən inanır. İnsanlar özünə, gələcəyinə inanır. Bu inamı doğrultmaq isə, ilk növbədə gələcək parlamentarilərin öhdəsinə düşür.

Təəssüf ki, bir çox namizədlərin yanlış hazırlanmış platformaları seçicilərdə elə təəssürat yarada bilər ki, millət vəkili mütləq hakimiyyətə və sonsuz imkanlara malikdir. Güya, həm yol çəkdirəcək, həm maaşları artıracaq, həm işlə təmin edəcək, həm sağaldacaq, həm küsənləri barışdılracaq. Aydındır ki, namizədlərin özləri öz gələcək səlahiyyətləri haqda doğru təsəvvürə malik deyillər və seçicilərdə də yanlış təsəvvür formalaşdırırlar.

Deputat hakimiyyətin qanunverici qolunun nümayəndəsi və parlamentdə öz seçicilərinin təmsilçisidir. Bəli, o, seçicilərin maraqlarını əks etdirən qanunverici təşəbbüslə çıxış edər və ya qanun layihələrinə səs verər, müxtəlif meydanlarda təkliflər irəli sürər və ya digər dövlət qurumları ilə əməkdaşlıq edər. Vəssalam. Namizədlər seçicilərlə münasibəti ölkədə aparılan siyasi islahatlar ruhunda qurmalıdırlar. Bir də anlamalıdırlar ki, deputat mandatı üstünlük deyil, ağır məsuliyyətdir.

Biz artıq müasir düşüncəli, vəzifəyə yeni yanaşma sərgiləyən, yorulmadan çalışan və xalqın xidmətçisi adını layiqincə daşıyan yeni nəsil məmurları görürük. Təbii ki, yeni millət vəkilləri də mənəvi və intellektual baxımdan islahatların bu tələblərinə cavab verməlidirlər. Habelə Azərbaycanın müasir dövlətçilik fəlsəfəsini dərk etmək də heç də az əhəmiyyətə malik deyil. Həmin ideyalar prezident İ.Əliyevin BDU-nun yüzilliyinə həsr olunmuş tədbirdə etdiyi çıxışda öz əksini tapmışdı – ənənəvi dəyərlərə sədaqət və yeniliklərə meyillilik. Əsas siyasi ideologiyaların böhranı ilə bağlı dünyada gedən dərin prosesləri, regionda və bütünlükdə dünyada güclər balansının sürətlə dəyişməsini nəzərə alsaq, bu prinsiplər hamımız üçün həyati əhəmiyyət kəsb edir.

Cəmiyyətimiz yüksək dinamika ilə inkişaf edir. Biz artıq gömrük və vergilər sahəsində aparılan islahatların səmərəsini görürük. Vətəndaşların rəğbətini, xaricilərin isə marağını qazanan ASAN-Xidmət kimi DOST xidməti də uğurlu layihə olacağını vəd edir. Biz dünyaya öz ideyalarımızı, öz təcrübəmizi təklif edə bilərik. Seçicilərlə görüş zamanı müxtəlif mövzularla bağlı narahatlıqları eşidirik. Bu olduqca yaxşı haldır, çünki vətəndaşlar problemlərin həllinə inanır. Problemlər həmişə və hər yerdə olacaq, çünki yeni nailiyyətlərin yanında yeni çağırışlar olur. Məhz onlar inkişafın mühərriki sayılır. Vətəndaşların gözləntiləri fərqlidir, lakin onları bir neçə əsas müddəa ilə ifadə etmək mümkündür:

Birincisi, vətəndaşlar seçdikləri millət vəkillərini görmür, istək və şikayətlərini onlara çatdıra bilmir, Milli Məclisdə necə təmsil olunduqlarını bilmirlər. Deputat öz elektoratı üçün həmişə əlçatan olmalı, onlarla mütəmadi görüşlər keçirməli, dərdlərini dinləməli və müzakirə etməli, yeniliklər və planları ilə bölüşməli, reallığı izah etməli, monitorinqlər keçirməli, hesabat verməli, tənqidə açıq olmalıdır. Bir sözlə təmsil etdikləri şəxslərlə birlikdə işləməlidir.

İkincisi, ölkəmizdə müxtəlif sosial və iqtisadi sahələrə dövlət subsidiyaları ayrılır, lakin vətəndaşların bir çoxu bu imtiyazlardan faydalana bilmirlər. Gənc istedadlar, kiçik və orta sahibkarlar, aztəminatlı ailələr, işsizlər, tənha qocalar, ağır xəstələr bəzən onlar üçün yaradılmış imkanlardan xəbərsizdirlər. Bunun müxtəlif səbəbləri var, lakin millət vəkilləri vətəndaşlar üçün həm müvafiq konsultasiyalar təşkil edə, həm də dövlət qurumları ilə əlaqələndirici rolunu oynaya bilər. Qanunvericilikdə boşluq müəyyən edildikdə isə, məsələni Milli Məclisdə qaldıra və qanunverici səviyyədə həllinə çalışa bilər.

Üçüncüsü, deputat həm seçiciləri, həm bütünlükdə xalq və dövlət qarşısında məsuliyyətini dərk etməlidir. Ona görə də, mən seçicilərimə cənnət vəd etmirəm. Bacardığım yalnız odur ki, onları layiqincə təmsil edəcəm, onların hüquqlarını müdafiə edəcəm, maraqlarına zidd fəaliyyət göstərməyəcəm, onlarla dürüst olacam və hər zaman dövlətçiliyin keşiyində duracam. Düşünürəm ki, qarşıdakı seçkilər çox şey vəd edir. Nəticələrdən asılı olmayaraq, bu seçkilər Azərbaycan parlamentariyası tarixində yeni səhifə açacaq. Ona görə də hər birimiz səsvermədə iştirak etməli və Vətənimizin müasir tarixinə öz töhfəmizi verməliyik.MediaZona.Az