bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

“Vətən uzaqda deyil” – Fuad Muradovun ən uğurlu layihəsi

Bir jurnalist olaraq düşündüm ki, həmrəylik günündə məhz bu barədə yazım. Qloballaşan dünya bütün ölkələri yaxın etsə də, sərhədlərimizdən kənarda, hansı ölkələrdə kimlərin yaşadığını, azərbaycanlıların haralara səpələndiyini tam mənasıyla bilmək çox çətindir.

Diasporla İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil” layihəsini həm sosial şəbəkədə, həm də televiziya ekranlarında maraqla izləyirəm və düşünürəm ki, bu veriliş  Fuad Muradovun diaspor siyasətinə ən böyük töhfəsi, ən uğurlu layihəsi və ən başlıcası yeni yanaşmasıdır. Bəli, məhz yeni yanaşma.

Türkiyənin məşhur TRT kanalının da demək olar ki, eyni tipli layihəsi var-“Dünyadakı Türkiyə”. Paralel aparsaq “Vətən uzaqda deyil” verilişi də  eyni missiyanı daşıyır və Azərbaycan tamaşaçısını dünyadakı azərbaycanlılarla daha yaxın edir.

Komitə Diaspor TV də yaradıb. Bu, azərbaycanlılar arasında mühüm ünsiyyət və əsl həmrəylik vasitəsidir. TV olduqca maraqlı müsahibələr yayır, bəzən illərlə görmədiyimiz, harda olduğunu bilmədiyimiz, fəaliyyətindən bixəbər olduğumuz insanları  buradan izləyirəm. Bəzən inana bilmirsən ki, Avropada bu qədər maraqlı azərbaycanlılar varmış.

İşin müsbət və vacib tərəfi həm də odur ki, Diaspor TV ara-sıra yox, daim sistemli şəkildə proqramlar yayır.

Almaniyada, Fransada, Amerika Birləşmiş Ştatlarında, Kanadada, İsveçdə və bəzi başqa ölkələrdə yaşayan azərbaycanlıları mən məhz “Vətən uzaqda deyil” verilişinin vasitəsilə tanıdım. Bu yaxınlarda verilişin Ukraynadan hazırlanmış buraxılışı Odessada yaşayan azərbaycanlılara həsr olunmuşdu. Həmin verilişə baxıb qəribə hisslər keçirdim, bizim harda olmağımızdan asılı olmayaraq vətənimizə necə bağlı olduğumuzu bir daha anladım.

Kanada ilə canlı bağlantıya baxanda orada necə alimlərimizin olduğunu gördüm. Proqram mənim üçün həm də dünyadakı soydaşlarımızın kəşfidir desəm, yanılmaram.

Televiziyanın bizə nəyi göstərməsi, nəyi aşılaması çox müzakirə olunur. Bəzi proqramlar var ki, onların missiyası tamam başqadır, mənası dərindir. Bəlkə jurnalist olmasaydım “Vətən uzaqda deyil” verilişinə də sadəcə xaricdə yaşayan insanların həyatına dair proqram kimi baxa bilərdim. Əslində isə burda böyük bir missiya var-dünya azərbaycanlılaları arasında bağlar qurmaq, onları tapmaq, fikir və düşüncələrini öyrənmək, yaşadıqları ölkələrdəki mövqelərini tamaşaçıya çatdırmaq və s. Ona görə də bu veriliş  təkcə TV proqramı deyil, bu, strategiya xarakteri daşıyan, uzun illər sonraya hesablanmış addımların başlanğııcıdır, böyük bir missiyanın bir parçasıdır.

 Deməliyəm ki, Rusiyadan hazırlanmış verilişin anonsu da diqqətimi çəkdi. Oradakı “Qarabağ” futbol klubu haqqında reportaj hazırlanıb. Ümumiyyətlə verilişin müxtəlif buraxılışlarında Qarabağ mövzusuna üstünlük verilir. Bu təqdirəlayiq bir haldır.

Məncə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov xaricdə yaşayan soydaşlarımız arasında necə ünsiyyət qurmağın, onları yaxınlaşdırmağın yollarını  mükəmməl bilir, yeni dünyanın qaydaları ilə işləməyi çox gözəl bacarır .

Mütləq bir məqamı da qeyd etməliyəm ki,  “Vətən uzaqda deyil” televiziya proqramını məhz Vəsilə Vahidqızı kimi bir jurnalistin hazırlaması da mənim üçün bir ərməğandır. Peşəkar, bütün mövzulara hazırlıqlı, Azərbaycanı sevən, mövzu seçimində yanılmayan bir jurnalistin yanaşmaları proqrama xüsusi rəng qatır. Onun hər xarici səfərini maraqla gözləyirəm, intellektual insanlardan bəhs edən, hay-küysüz, pafosdan uzaq, düşündürücü reportajlarını həvəslə izləyirəm.

Qənaətim budur ki, diaspor siyasətinə yeni baxış ortaya qoyan Fuad Muradovun ən böyük layihəsi məhz “Vətən uzaqda deyil” verilişidir.

Rəşad Paşayev