bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Rusiyalı jurnalist Tehranda həbs olunub

Rusiyalı jurnalist Yuliya Yuzik Tehranda həbs olunub.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi bildirib ki, jurnalist Y.Yuzik “bəzi məsələlərin aydınlaşdırılmas” üçün saxlanılıb.

Sentyabrın 29-da Tehrana gələn Rusiyalı jurnalist Y.Yuzikin pasportu Tehranın beynəlxalq hava limanından xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əlindən alınıb. Ona bildiriblər ki, ölkəni tərk edəndə pasportu qaytarılacaq. Lakin dünən Y.Yuzik Tehranın otellərinin birində həbs edilib. Rusiyanın İrandakı səfirliyi bildirib ki, Y.Yuzik pasportunun əlindən alınması haqqında səfirliyi məlumat versəydi həbsin qarşısını almaq olardı.

Qeyd edək ki, məsələ ilə əlaqədar İranın Rusiyadakı səfiri Mehdi Sənayi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.

Onu da nəzərə çatdıraq ki, jurnalisti İran İslam İnqilabının Keşikçiləri Korpusunun əməkdaşları həbs ediblər. Jurnalist İran əleyhinə casusluqda şübhəli bilinir.MediaZona.Az