Yeni bir layihənin icrasına start verildi
Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dovlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni bir layihənin icrasına start verib.
Layihə “Mirzə Ələkbər Sabir “Hophopnamə” audio kitabı” adlanır.
Layihə çərçivəsində zamansız və məkansız olaraq seirləri sevilən, Türk dünyasının fenomenal satirik şairi M.Ə.Sabirin “Hophopnamə”sinin audio verisyasının hazırlanması, cəmiyyətin zaman, məkan, uygunluq, rahatlıq qıtlığı yaşayan və hər şeydə asan əldə olunarlığa üstünlük verən nümayəndələrilə yanaşı, heç bir fiziki məhdudiyyətin də əngəl yarada bilmədən yüksək effektivliklə və uzun müddət istifadəsinə və Sabir yaradıcılığından zövq almağa geniş və sərbəst şəkildə imkanlar yaradacaqdır.Layihənin həyata keçirilməsində qiraət üzrə ekspertlərlə yanaşı xüsusi olaraq qiraət bacarığı olan gənclər, tələbələr iştirak edəcəklər.
Layihədə gənclərin iştirakına xüsusi diqqətin ayrılmasında əsas məqsəd cəmiyyətin ən önəmli seqmenti kimi gənc nəslə öz bacarıqlarını təqdim edə bilmək üçün şərait yaratmaqdan ibarətdır.MediaZona.Az