bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib

Aprelin 20-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzində  “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyə və İran səfirliklərinin, o cümlədən Bakı Şəhər Mədəniyyət Baş idarəsinin təmsilçiləri, Rus İcmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin müavini Anara Hacıbəyli bildirdi ki, 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar bu əlamətdar gün təsis olunub. 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmiş və həmin vaxtdan dünyanın bir çox ölkələrində Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunmaqdadır. Azərbaycan UNESKO ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq edir. Qeyd edildi ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasəti bu gün ölkəmizdəuğurla həyata keçirilir. Ölkəmizdə yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri inşa olunmuş və ya əsaslı təmir edilərək istifadəyə verimişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində görülən işlər bu gün uğurla davam etdirilir. Natiq çıxışında bildirdi ki, Azərbaycanın I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin bu qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılmış, muğam kimi incəsənət incimiz “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.

Türkiyə və İran səfirliklərinin nümayəndələri İrfanÇifçi və Əskər Farsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiyadan Şərqi İzmayılova dairəsinin “YedinayaRossiya” partiyasının İcra komitəsinin sədri, deputatYekaterinaQorbaçyova, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova hamını salamlayaraq ölkələr arasında münasibətlərin, o cümlədən iqtisadi və mədəni əlaqələrin vacibliyini tədbir iştirakçıların diqqətinə çatdırdılar.

Çıxışlardan sonra YUNESCO-nun qeyri-maddi dəyərlər siyahısına daxil olan Dolma, Lavaş, Kələğayı və musiqi ələtlərimizin sərgisi nümayış olundu. Tədbirdə bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan dolma sərgilənib, həmçinin Türkiyə, İran və Rus ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.MediaZona.Az