İstanbul bələdiyyəsinin sədri mandatı Əkrəm İmamoğluna təqdim edilib
Türkiyənin Ali Seçki Qurumu (YSK) bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilmiş Əkrəm İmamoğluna mandatı təqdim edib.
Bu gün Ə. İmamoğlu YSK-nın İstanbul Seçki Dairəsinə çağırılıb. Bələdiyyə sədri mandatı orada Ə. İmamoğluna təqdim olunub.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul vilayəti üzrə seçki protokolları ilə bağlı etirazı isə qəbul edilməyib.
Bir neçə gün əvvəl AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Ötən gün isə AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.
Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.MediaZona.Az