bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

Qalmaqallı “26” restoranı sökülür – Fotolar

Köhnə “26-lar” bağı, indiki “Sahil” bağının ərazisində yerləşən “26” restoranının qarşısında hazırda söküntü işləri gedir.

Teleqraf.com xəbər verir ki, söküntünün kim tərəfindən və niyə həyata keçirilməsi hələ ki, araşdırılır.

Xatırladaq ki, bir neçə gün öncə məhz köhnə “26-lar” bağının ərazisində “26” adı ilə restoranın açılması tarixçilərin etirazına səbəb olmuşdu. Onlar bu restoranın 26 Bakı komissarının nəvələri tərəfindən açıldığını və onların gizli şəkildə öz babalarının ruhunu yaşatmaq istədiklərini bildirmişdilər.

Restoran sahibi Ramin Məmmədov isə  belə bir açıqlama vermişdi:

“Restoranın adının niyə “26” olduğunu sizə deyim. Bu, sırf mənim ad günümlə bağlıdır. Mən buranı açanda yaşım 26 olduğu üçün, həmçinin, maşınımın nömrəsinin son rəqəmi 026 olduğuna görə restorana bu adı vermişəm.

Bu rəqəm sanki mənim uğurlu rəqəmim olub. Bura indi “26-lar” bağı deyil axı. İndi elə bir bağ yoxdur. Mən bağın adına görə restorana ad verəcəkdimsə, elə adını “Sahil” qoyardım da. Köhnə ada niyə müraciət edirdim? Məkan seçimi də tam təsadüfən olub. Bizdən əvvəl burada başqa insanlar fəaliyyət göstərirdi. Sonra onlar məkanı boşaltdılar və mən bu yeri götürdüm. Tam təsadüfdür. Restorana bu adı qoymağımın “26-lar”la qəti əlaqəsi yoxdur. Mənim atam və qardaşım bu torpaqlar uğrunda şəhid olub. Məni belə iyrənc məsələ ilə ittiham edənlər, əvvəla, gedib keçmişlərinə baxsınlar, görüm, onlar 70-80 yaşları olmasına baxmayaraq, heç Qarabağda döyüşüblər? Qarabağ müharibəsində iştirak etməyənlər Qarabağ şəhidlərinin ailəsini gör nə ilə suçlayırlar?! Onlar gərək vaxtında Qarabağda şəhid olardılar ki, bu gün mənə erməni damğası vurmazdılar”.

Həmin ərazidən fotoları təqdim edirik.