İran sərhədlərini bağlayır?
Sabahdan İran kartof-soğan ixracına qadağa qoyacaq.
Embarqoya səbəb, ölkədə baş verən ardıcıl daşqın və selin kənd təsərrüfatına ciddi ziyan vurmasıdır.
İlkin yaz dövründə İranın belə bir qərar verməsinin qiymətlərə ciddi təsir göstərib-göstərməyəcəyi sual altındadır. Çünki Azərbaycanda faraş soğan və kartofun çıxmasına az qalıb. Lakin embarqo uzunmüddətli olarsa, bunun da nəticəsi yalnız payız-qış mövsümündə hiss oluna bilər.
Qeyd edək ki,il ərzində İrandan Azərbaycana 50 min ton kartof idxal olunur.İran kartofa olan tələbatın ödənilməsində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.MediaZona.Az