bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

“Xımırt qurdu”nun hekayəsi AYSEL OĞUZ yazır

Həmişə demişəm. Demişəm ki, biz çox unikal xalqıq…hər cəhətdən unikalıq…Millətim qədər duyarlı, yardımsevər,rəhmli  ikinci bir xalq, bəlkə də heç yer üzündə indiyənə kimi görünməyib. Lakin müsbət tərəflərimiz olduğu kimi, bəzi mənfi xüsusiyyətlərimiz də var. Və onlardan hələ də yaxa qurtara bilməmişik. Həqiqətən yaxa qurtara bilmirik, yoxsa istəmirik? Məncə “bilmirik” sözünü “istəmirik”lə əvəz etsəm, daha düzgün olar, çünki   mənfi xüsusiyyətlərdən qurtulmaq üçün özümüzdən başlamalıyıq. Hər şey istəyə bağlıdır, çünki heç kim bizi özümüzdə bu   xüsusiyyətləri  daşımağa məcbur etmir. Nə ediriksə özümüz edirik. Və  özümüzə edirik…

Keçək mətləbə… Haçansa ölkədən kənara   çıxanda   Azərbaycandan olan yaşlı bir turistlə rastlaşmısınızmı ? Çox güman ki, deyəcəksiz xeyr və ya yaxud da o qədər tək-tük görmüsüz ki,artıq xatirinizdən, Mətanət Əliverdiyevanın sözü olmasın, bir külək kimi gəlib keçib. Çox uzağa getmirəm, İstanbula yolunuz düşəndə alış-verişdən ayrıla bilsəniz, “Topqapı Sarayı” muzeyinə baş çəkin və…( bu da ayrı bəladır ki, yaşlı insan bir yana, heç gənc nəslin nümayəndəsini 8-9 il bundan qabaq orada görə bilməzdin. Allah  “Möhtəşəm Yüz il” çəkənin atasına rəhmət eləsin ki, o serialdan sonra bizimkilər bir muzey üzü  gördü), orada kiçik bir müşahidə aparın. Mən müşahidə apardım və  sözün əsl mənasında yaşını alıb keçmiş yaponların, avropalıların, çinlilərin paxıllığını çəkdim.  Onda başa düşdüm ki, biz bir millət kimi özümüzü sevən deyilik, heç düzələn də deyilik. Yaşımız 40-ı haqlayanda  özümüzə qoca deyirik, elə davranırıq ki, sanki bir ayağımız gordadı, bu saat elə  gora düşəcəyik … Hələ də anlaya bilmirik ki, həyat insana bir dəfə verilir, daha başqa şansımız yoxdur .Desəm ki, reinkarnasiyaya inanan millətik, yalan olar. Millətin bəlkə də heç yarıdan çoxu reinkarnasiya sözü nə olan şeydi  bilmir.Bəs reinkarnasiya sözünü bilmiriksə və yaxud da, o prosesin mövcudluğuna inanmırıqsa, bu cür təfəkkürlə niyə yaşayırıq? Düzdür, islam dinində deyilir ki, hər bir müsəlman hər gününü həyatının axırıncı günü   kimi yaşamalıdır. O söz ondan ötrü deyilib ki, yəni ay müsəlman, bacardığın qədər yaxşılıq elə, gününü xoş keçirt ki, bu dünyanın işini bilmək olmaz, əbədi yatmağa gedəndə də ən azından müəyyən işlərini yarımçıq saxlamayasan.  Din day demədi ki, bütün həyatını dərd-sər içində keçirt. O qədər bədsuyumuq ki, bir az çox güləndə o saat qorxuruq və “bu gün çox güldüm, ziyan çəkəcəm” deyib gülüşümüzü içimizdə boğuruq. Özünə belə  zülm vermək də günahdı, ay insanoğlu!

Ölüm demişkən yadıma qara günlərimizə yığdığımız pullar düşdü, ələlxüsus da nənələrimizin corabında, babalarımızin həyətdə iki daşın arasında sıxışdırdıb gizlətdiyi pulları deyirəm. O pullar ki,vaxtilə (sovet dönəmini nəzərdə tuturam) yeməyib, içməyib,geyinməyib  “xımırt qurdu” kimi yığılan, o pullar ki, bir gecənin içində dəyişdi…axırı nə oldu?  Nə qədər çemodan-çemodan pullar tullanıldı zibilliyə və o pulla bərabər də bütün arzularımızı, planlarımızı və ən əsası qızıl  dəyərində olan vaxtımızı tulladıq. Bizə yenə də öhd olmadı. Yaşlı nəslin nümayəndələri hələ də pul yığır. Soruşanda nə üçün yığırsan,  cavab verir “yas pulumdu”. Bu da unikallığın içində ən  unikalıdır. Ay baba, ay nənə, hamımız ölüb gedəcəyik onsuz da. Nə  olar, o yığdığın pensiyanın puluna get özünə meyvə al, ye, bədənin bir vitamin görsün. Narahat olma, sən öləndə övladların yası birtəhər olsa da yola verəcək.Yas puluna doydurduğun qarınlar onsuz da sənin bir ölü kimi arxandan danışıb “qıyımsızın biri idi” deyib çıxıb gedəcək. Ay baba, ay nənə, siz o yığdığınız pulu gedin kurortlarda xərcləyin, istirahət edin.İstirahətə xərcləmək istəmirsizsə, yaxşı, savaba verin.Nə işinizə qalıb ölmədən öncə yas xərclərininin dərdini çəkmək? Vacib olan ənənələrimizi saxlamırıq,  hələ bir deyir ki, Avropada belədir-elədir, amma acqarına pul yığmaq adət-ənənəmizi nəsildən nəslə ötürürük. Bu günlərdə Şamaxıda zəlzələdən zərərçəkmiş birinin müsahibəsinə baxıram, qadın deyir evdə qablarım sındı.Öz-özümə dedim ki, yüz faiz illərlə servantda toz bağlayan və Novruzdan Novruza silinən, qonaq gələndə isə təkrar yerinə yığmaq dərdindən candərdi ortaya çıxarılan servizi imiş.Yeganə xalqıq ki,hələ də bahalı servizi servantda saxlaya-saxlaya, özümüzə çat vermiş boşqabdan yeməyi rəva görürük. Götürün işlədin, onsuz da axırda ya uşaq vurub sındıracaq, ya da zəlzələ..