bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetpercasibomcasibomcasibomcasibom

S-1 peşəkar döyüş liqasının yeni Mərkəzinin açılışı

Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.

Qüvvədə olan “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.

Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir.

06 fevral 2019-cu il tarixində S-1 peşəkar döyüş liqasının yeni Mərkəzinin açılışı oldu. Mərkəzin açılışında S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov,  S-1 peşəkar döyüş liqasının birinci vitse-prezidenti İsmayıl Əliyev və S-1 peşəkar döyüş liqasının vitse-prezidenti Mərdan Vəliyev, həmçinin tanınmış idmançılar və ictimaiyyət nümayəndələri, KİV nümayəndələri iştirak etdilər. Təntənəli açılış mərasimində çıxış edən S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov bildirib ki, ölkəmizdə idmanın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən  aparılan məqsədyönlü idman siyasəti nəticəsində  idmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edərək, idmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğurlu çıxışlarına zəmin yaradır. Bunun nəticəsidir ki, hər il ölkəmizdə beynəlxalq səviyyəli idman tədbirləri təşkil edilir.

Açılışda iştirak edən digər qonaqlar S-1 peşəkar döyüş liqasının son dövrdə təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində gənclər arasında geniş marağa səbəb olduğunu qeyd etdilər.  Yeni Mərkəzin açılışı S-1 peşəkar döyüş  liqasının inkişafında yeni imkanların yarandığı vurğulandı. MediaZona.Az