Fədayə Laçın məhkəmədə “Xatırlayarsan məni” mahnısını oxudu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı  xüsusi təyinatlı vaqonda Bakı şəhərinə aparılan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində qaşmasına kömək göstərməkdə təqsirləndirilən Fədayə Laçın,   Bəhruz Abdullayev, Ceyhun Səmədov, Fuad Hacıyev və Tural Poladxanov, Əli Aöami, Günay Atakişiyeva, Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

Təqsirləndirilən şəxslər barələrində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş ediblər. Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxışlarında barələrində şərti cəza seçilməsini istəyiblər.

Hakimlər müşavirədə olan zaman müğənni Fədayə Laçın “Xatırlayarsan, məni” mahnısını ifa edib.

Qeyd edək ki, prokuror Ceyhun Səmədova 10 il, Fuad Hacıyevə 8 il 6 ay, Tural Poladxanova 8 il 6 ay, Bəhruz Abdullayevə 10 il, Əli Ağamiyə 20 il, Məhəmməd Hacıyevə 8 il, Günay Atakişiyevaya 7 il, İsrafil Soltanova 8 il, Şahlar Bəyəlizadəyə 8 il, Anar Əsgərova 8 il, Təralan Zeynalova 8 il azadlıqdan məhrumetmə cəzası tələb edib.Fədayə Laçının isə, 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. MediaZona.Az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir