Hikmət Şikarov: “Ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini qarşıdakı illərdə görəcəyik”

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan əyani sübutdur. Ölkə başçısının  “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı Sərəncam  ilk növbədə cənab Prezidentin bu təbəqədən olan insanları daima diqqət mərkəzində saxlamasının bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu Sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən  biridir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkədə həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan uğurlu siyasət hər zaman sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının mütəmadi şəkildə artırılması, sosial təminat sisteminin daha geniş əhali kateqoriyalarına yönəldilməsi ilə müşayiət olunub. Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar da ən müxtəlif formlarda hər zaman dövlət qayğısını hiss edirlər. Bu siyasətin davamlı xarakter alması üçün dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar. Belə ki, hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini qarşıdakı illərdə də görəcək. MediaZona.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir